Hadisə

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

12 Yanvar 2020 13:02
5 Şərh     Baxış: 8 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıldığı və bu ayrılığa dözə bilmədiyini bildirərək canlı efir zamanı intihar edib.
 
Dostları sosial şəbəkə vasitəsilə onu bu əməldən çəkinməyə çağırsalar da 26 yaşlı Xəyal canlı efirdə həyatına qəsd edib.
 
Onun sağ qalması və ya dünyasını dəyişməsi barədə, hadisənin konkret hansı ünvanda baş verməsi haqda dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bu gün səhər intihar videosu Xəyalın səhifəsindən silinib, dostları onun sağ qalmasını və videonu özünün sildiyini təxmin ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.