Hadisə

Siyəzəndə minik avtomobili yük maşını ilə toqquşub, 3 nəfər xəsarət alıb

23 Dekabr 2019 17:34
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyəzəndə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Giləzi yolunda baş verib. Hərəkətdə olan "VAZ-21099" markalı avtomobil yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində "VAZ-21099"un sürücü, 1951-ci il təvvəlüdlü Əliyev Müseyib Hüseyn oğlu, sərnişinləri - 1952-ci il təvəllüdlü Əliyeva Xalidə Həsən qızı və 1999-cu il təvəllüdlü Hüseynov Nəsrəddin İlqar oğlu xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar.

Qəzada yaralanan şəxslər Gəncə şəhər sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.