Hadisə

Bakıda "Jeep Wrangler" 45 yaşlı kişini vurub öldürdü

23 Oktyabr 2019 20:29
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı-Mərdəkan avtomobil yolunda 1953-cü il təvəllüdlü Rüstəmov Aqil Əli oğlu idarə etdiyi "Jeep Wrangler" markalı 90 VV 551 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, hazırda meyitin şəxsiyyəti müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.