Hadisə

Ağsuda "NİVA" 4 yaşlı qızı vurub öldürdü

19 Avqust 2019 19:27
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Rayon sakini Hacıyev Ehtiram Balaşah oğlu idarə etdiyi "NİVA" markalı 90 HT 804 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sağdan sola yolu keçmək istəyən rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədova Nəzrin Elimağa qızını vurub.

Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.