Antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən "Günəş MS" MMC-də istehsal edilmiş "H2O" və "Qax" əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində "mineral süfrə suyu" yazıldığı məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.
Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, fiziki şəxs Şıxlinski Fərid Zeynal oğluna məxsus "Dağ incisi" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi, Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus "Ülvi" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi, Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus "Sadiq" və "Qax" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi, Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs "Günəş MS" MMC-yə məxsus "Sevim", "H2O" və "Qax" əmtəə nişanlı su istehsalı sexi, Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən fiziki şəxs Mustafayev Orxan Cahangir oğluna məxsus "Zirvə" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi, Balakən rayonu Qullar kəndində yerləşən fiziki şəxs Papaxov Elman Fəxrəddin oğluna məxsus "Ləzzət" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq





