Hadisə

AST Telmanın oteli tanınmaz halda - FOTO

7 İyul 2018 12:34
0 Şərh     Baxış: 2 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi, borclarına görə müsadirə olunan "Mardan Palace" otelinin son görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir vaxtlar dünya ulduzlarını qonaqlayan dünyanın ən lüks otellərindən olan "Mardan Palace"da hazırda  baxımsızlıq hökm sürür. 

Ötən ilin avqustundan qonaq qəbulunu dayandıran oteldə hazırda sadəcə 30 nəfərdən ibarət təhlükəsizlik əməkdaşı var. Borca görə suları kəsilən otelin yaşıllıq sahələri məhv olub, orada saxlanılan heyvanların bir qismi isə ölüb. Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.