Hadisə

Azərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTO

11 Yanvar 2018 13:14
0 Şərh     Baxış: 31 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. 

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o, ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Belə ki, gənc "Facebook" səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.

Z.Ata, həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb. 

Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o "Facebook" səhifəsini bağlayıb. 

Sosial şəbəkədə erməni dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.

Z.Ata isə Fidanın ittihamları təkzib edir. Eləcə də Fidan Türksoyun Facebook-dakı səhifəsi deaktivasiya edilib. Ola bilsin ki, xanım bu cür ajiotajın yaranacağını ehtimal etməmişdi. Ona görə də öz profilini silmək qərarına gəlib. Lakin Fidanın Tvitter-dəki profili uzun müddət yenilənməsə də hələ açıqdır.

Qeyd edək ki, daha əvvəl də F.Türksoy ermənilərlə dostluğa görə tənqid olunmuşdu. Fidan isə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi. O da əvəzində ermənilərə Azərbaycan dilini öyrədir.

Əlbəttə ki, erməni dilinin öyrənilməsində, eləcə də qədim Azərbaycan torpağı olan Qarabağa səfər etməkdə heç bir qəbahət yoxdur. Düşmənin dilini bilmək vacibdir. Qədim topraqlarımıza səfər etmək istəyi isə başqa məsələdir. Burada digər məqamları diqqətə çatdırmaq lazımdır:

Məlum olduğu kimi, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi ərazi iddiaları, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Vətənizmin ərazi bütövlüyü üçün minlərə soydaşımızın şəhid olması və 20% topraqlarımızın hələ də erməni işğalında qalmasını unutmayaq.

Ermənilər azərbaycanlıların öz doğma torpaqlarını baş çəkmək üçün bütün cəhdlərinin qarşısını alır. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda Azərbaycanın Kəlbər rayonunda ermənilər tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. 2014-cü ilin dekabrın 29-da ermənilər Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriblər.

Beləcə, Fidanın istədiyi kimi, Azərbaycan ərazilərinə Ermənistan vasitəsilə səfər etmək qanunsuz olduğu qədər, həm də təhlükəlidir.

Eləcə də, ermənilər Fidanı qorxudaraq gizli əməkdaşlıq və cəsusluğa cəlb də edilə bilərlər (ola bilsin ki, artıq cəlb edilib).

Ola bilsin ki, oradan qayıtdıqdan sonra daha ağır cinayət törətməyə təhrik edilər. Xatırladaq ki, Azər Aslanov 1994-cü ilin iyulun 3-də Bakı metrosunda erməni xüsusi xidmət orqanları tərəfindən təhrik edilərək terror törədib.

Digər tərəfdən də ola bilsin ki, xanımı mübahisədən sonra, həqiqətən də, şərləmək istəyirlər. Hazırda tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu sübut etmək mümkün deyil. Ziyanın statuslarından bəlli olur ki, o, "əlindəki materiallarla" müvafiq orqanlara müraciət etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, 1news.az rəsmi olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə mövzu ilə bağlı şərh almaq üçün müraciət edib. Lakin hazırda şərhin dərci ilə bağlı məlumat yoxdur.

Azərbaycanın XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev isə sözügedən sayta bəyan edib ki, bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir:

"Öz tərəfimdən deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının Gürcüstan vasitəsilə Ermənistana və ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfərlə bağlı faktlar yoxdur".

Ümid edirik ki, müvafiq orqanlar məsələ ilə bağlı araşdırma aparacaq.

Yeniliklərə bağlı saytımızı izləyin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.