Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik həyatımızın ən sevilən şirniyyatlarından biri olan şokolad haqqında maraqlı və bir qədər də düşündürücü fakt məlum olub.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şokoladın əsas tərkib hissəsi olan kakao əslində bitkilərin özünü qorumaq üçün istehsal etdiyi təbii zəhərdir.
Təbiətdə bir çox bitkilər otyeyənlərdən qorunmaq üçün müxtəlif müdafiə mexanizmləri inkişaf etdirir. Kakao paxlaları da bu strategiyanın bir hissəsi olaraq teobromin və kofein kimi metilksantin alkaloidləri sintez edir. Bu maddələr bitkini həşəratlardan və digər zərərvericilərdən qoruyur və əslində toksik xüsusiyyət daşıyır.
Araşdırmalara görə, bu maddələr xüsusilə heyvanlar üçün təhlükəlidir. İtlər, pişiklər və quşlar bu toksinləri parçalaya bilmədikləri üçün hətta az miqdarda tünd şokolad belə onların mərkəzi sinir sisteminə ciddi zərər verə və ürək problemlərinə səbəb ola bilər.
İnsan orqanizmi isə bu baxımdan daha davamlıdır. Qaraciyərdəki xüsusi fermentlər sayəsində bu zərərli maddələr daha sürətli zərərsizləşdirilir. Lakin bu, şokoladın tamamilə təhlükəsiz olduğu anlamına gəlmir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, metilksantinlər yüksək miqdarda qəbul edildikdə insan sağlamlığı üçün risk yarada bilər. Bu zaman ürəkbulanma, titrəmə, ürək ritmində pozğunluqlar və digər ciddi simptomlar ortaya çıxa bilər.
Elmi hesablamalara əsasən, yetkin bir insan üçün teobrominin öldürücü dozası təxminən 84 qram hesab olunur. Bu isə bir dəfəyə təxminən 6,5 kiloqram tünd şokolad yeməyə bərabərdir. Bununla belə, insan orqanizmi adətən bu qədər yüksək miqdara çatmadan qoruyucu reaksiyalar - xüsusilə qusma refleksi - vasitəsilə özünü müdafiə edir.
Mütəxəssislər qeyd edirlər ki, adi miqdarda şokolad istehlakı təhlükəli olmasa da, həddindən artıq istifadə sağlamlıq üçün ciddi risklər yarada bilər.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"





