1500 il boyun heç günəş görməyən şəhər: Nəhayət kəşf edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirın Nil Deltasında həyata keçirilən arxeoloji tədqiqatlarda müasir texnologiyaların köməyi ilə metrlərlə qalınlıqdakı alüvial və palçıq təbəqəsinin altında gizlənmiş nəhəng bir yeraltı tikili aşkar edilib.
Milli.Az xəbər verir ki, Kil Universiteti (Almaniya) və misirli elm adamlarından ibarət araşdırma qrupu bölgənin su ilə doymuş torpaq quruluşu səbəbindən ənənəvi qazıntıların yetərsiz qaldığı sahədə peyk görüntüləri və elektrik tomoqrafiyası metodlarından istifadə ediblər. Skanlama nəticəsində yerin 3-6 metr dərinliyində, təxminən 20 x 24 metr ölçülərində olan və Misirın 26-cı Sülalə dövrünə (Saitik dövr) aid olduğu müəyyən edilən bir tikili modeli ortaya çıxarılıb.
Tikilinin ətrafında aparılan işlər zamanı bölgənin dini və mədəni əhəmiyyətini sübut edən çox sayda mühüm artefakt əldə edilib. Arxeoloqlar qədim Misir inancında mərkəzi yer tutan İsis, Horus və Bes kimi tanrılarla yanaşı, bölgə ilə eyniləşdirilən ilahə Ouajiti təsvir edən amuletlər tapıblar. Tapıntılar arasında ən diqqətçəkən parçalardan biri pavian, şahin və cırtdan tanrı Pataykosun xüsusiyyətlərini özündə birləşdirən nadir bir hibrid amulet olub. Bundan əlavə, ehtimal ki, rəsmi möhür kimi istifadə edilən və firon III Tutmosun adını daşıyan steatit skarabey (müqəddəs böcək fiquru) də kəşf edilənlər arasındadır.
Elmi araşdırmalar göstərib ki, qədim dövr memarları bölgənin qeyri-sabit və sel sularına açıq quruluşuna qarşı mütərəqqi mühəndislik həlləri hazırlayıblar. Tikilinin inşasından əvvəl tarazlığı təmin etmək məqsədilə zəminin xüsusi bir qum təbəqəsi ilə düzləşdirilib. Mütəxəssislər bu incə hazırlıq prosesinin Nil Deltasının çətin coğrafi şəraitində qalıcı bir bina tikmək üçün həyati bir zərurət olduğunu vurğulayırlar.
Tədqiqatlar Buto yaşayış məskənində təxminən 1500 il davam edən uzun bir fasilə yaşandığını elmi məlumatlarla sübut edib. Bu qopuşun Nil Deltasındakı çay yataqlarının yerini dəyişməsi nəticəsində bölgənin yaşanılmaz hala gəlməsindən qaynaqlandığı ehtimal edilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
XƏBƏR LENTİ
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)





