1500 il boyunca heç günəş görməyən şəhər: Nəhayət kəşf edildi

9 Aprel 2026 00:48

Misirın Nil Deltasında həyata keçirilən arxeoloji tədqiqatlarda müasir texnologiyaların köməyi ilə metrlərlə qalınlıqdakı alüvial və palçıq təbəqəsinin altında gizlənmiş nəhəng bir yeraltı tikili aşkar edilib.

Milli.Az xəbər verir ki, Kil Universiteti (Almaniya) və misirli elm adamlarından ibarət araşdırma qrupu bölgənin su ilə doymuş torpaq quruluşu səbəbindən ənənəvi qazıntıların yetərsiz qaldığı sahədə peyk görüntüləri və elektrik tomoqrafiyası metodlarından istifadə ediblər. Skanlama nəticəsində yerin 3-6 metr dərinliyində, təxminən 20 x 24 metr ölçülərində olan və Misirın 26-cı Sülalə dövrünə (Saitik dövr) aid olduğu müəyyən edilən bir tikili modeli ortaya çıxarılıb.

Tikilinin ətrafında aparılan işlər zamanı bölgənin dini və mədəni əhəmiyyətini sübut edən çox sayda mühüm artefakt əldə edilib. Arxeoloqlar qədim Misir inancında mərkəzi yer tutan İsis, Horus və Bes kimi tanrılarla yanaşı, bölgə ilə eyniləşdirilən ilahə Ouajiti təsvir edən amuletlər tapıblar. Tapıntılar arasında ən diqqətçəkən parçalardan biri pavian, şahin və cırtdan tanrı Pataykosun xüsusiyyətlərini özündə birləşdirən nadir bir hibrid amulet olub. Bundan əlavə, ehtimal ki, rəsmi möhür kimi istifadə edilən və firon III Tutmosun adını daşıyan steatit skarabey (müqəddəs böcək fiquru) də kəşf edilənlər arasındadır.

Elmi araşdırmalar göstərib ki, qədim dövr memarları bölgənin qeyri-sabit və sel sularına açıq quruluşuna qarşı mütərəqqi mühəndislik həlləri hazırlayıblar. Tikilinin inşasından əvvəl tarazlığı təmin etmək məqsədilə zəminin xüsusi bir qum təbəqəsi ilə düzləşdirilib. Mütəxəssislər bu incə hazırlıq prosesinin Nil Deltasının çətin coğrafi şəraitində qalıcı bir bina tikmək üçün həyati bir zərurət olduğunu vurğulayırlar.

Tədqiqatlar Buto yaşayış məskənində təxminən 1500 il davam edən uzun bir fasilə yaşandığını elmi məlumatlarla sübut edib. Bu qopuşun Nil Deltasındakı çay yataqlarının yerini dəyişməsi nəticəsində bölgənin yaşanılmaz hala gəlməsindən qaynaqlandığı ehtimal edilir.

Lalə Qüdrətova
Milli.Az