Hadisə

Azərbaycanda erməninin rəhbərlik etdiyi şirkətin taksiləri işləyəcək

13 İyul 2017 16:48
4 Şərh     Baxış: 6 400

"Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda gedişləri həyata keçirəcək müştərək şirkətə həmçinin yeməklərin çatdırılması xidməti olan "UberEATS" də daxil olacaq.

Sazişin şərtlərinə görə, "Uber" və "Yandeks" yeni yaradılan şirkətə müvafiq olaraq 225 milyon və 100 milyon dollar yatıracaqlar. Saziş imzalanan zaman onun dəyəri 3,725 milyard dollar qiymətləndirilir və səhmlərin 59,3 faizi "Yandeks"ə, 36,6 faizi "Uber" şirkətinə, 4,1 faizi isə şirkətinin əməkdaşlarına məxsus olacaq. 

Şirkətə "Yandeks. Taksi" şirkətinin baş direktoru Tiqran Xudaverdyan başçılıq edəcək. Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən dəstəklənib və müvafiq tənzimləyici orqanlar tərəfindən razılaşdırılması qalıb.

Qeyd edək ki, birləşməyə baxmayaraq, hər iki şirkət - həm "Yandeks. Taksi", həm də "Uber" yenə də müstəqil olaraq çalışacaqlar. Məlumatda deyilir ki, hər iki şirkətin xidmətləri ilə işləyən taksi parkının sürücüləri vahid texnoloji platformaya keçəcək.

Bu arada hər iki şirkətin müştərək müəssisə yaratması ilə bağlı xəbərlər yayıldıqdan sonra Moskva birjasında "Yandeks"in səhmlərinin qiyməti 1950 rubla çatıb ki, bu da öncə keçirilən hərraclardakı qiymətlərdən 19,5 faiz çoxdur. 

NASDAQ birjasında isə bu gün keçirilən hərraclarda "Yandeks" şirkətinin qiymətli kağızları 32,52 dollara çatıb. Bu, daha əvvəlki hərraclarda göstərilən nəticədən 18,99 faiz yüksəkdir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    TT · 13 İyul 18:5440

    onlar da biclikden ucuz tarifle xidmet gostaracak. millet bu xidmetden istifade edecek ve bizim butun xeritelerimiz erminelrin elinde olacak. ne deyek buna ??

    Cavab yaz
  • Anonim
    TT · 13 İyul 18:5550

    bundan baüqa hemin taksilerde kameralar (videoregistrator) ola bilsin olsun butn bizim obyektlerin zavodlarin dovlet muassiselerin ve diger cekib oturmak olacak. mene ele gelir Dovletimiz bunlara qarüi ciddi tedbir gormelidir.

    Cavab yaz
  • Anonim
    Sevil · 14 İyul 13:4730

    Bu qeder de dushuncesizlik olar, kim buraxib bu murdarlari bura? Bele basha dushek ki, Qarabagdan sonraki hedef Bakidir?

    Cavab yaz
  • Anonim
    İbrehim · 14 İyul 20:0600

    Oz taksilerimiz azliqmi edir buna kim raziliq veribse vetenini seven adam deyil.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.