Hadisə

Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI - FOTO

30 May 2024 11:53
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində uşağın məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidməti İdarəsinin əməkdaşı Nurlan Əliyev faktı təsdiqləyib.

Bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən azyaşlının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.