Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə yaşayan jurnalist Elbəyi Həsənlinin Naftalanla bağlı paylaşımı diqqət çəkib. O sosial şəbəkə hesabında yazıb ki, Çexiyanın məşhur kurort şəhəri Karlovı Varıda olarkən Azərbaycanın Naftalan kurortu ilə bağlı maraqlı məlumat eşidib.
Sitat: "Çexiyanın müalicəvi suları ilə dünyada məşhur olan kurort şəhəri Karlovı Varıda ailəliklə istirahət edirik. Bir salyanlı qardaşla burada ünsiyyətdə olduq. Dedi ki, yerli sakinlə söhbət edirdim, Azərbaycandan gəldiyimi eşidəndə heyrətləndi. Dedi ki, siz o boyda Naftalan müalicəvi neft yatağını qoyub, Karlovı Varıda nə gəzirsiniz? Bizim pulumuz olanda Naftalana gedirik... Çexin dediyi odur ki, ey azərbaycanlılar, ağlınız olsun, Naftalanın qədrini bilin. Orada-burda müalicə olunmağa can atmayın. Heç ağlı olan da Naftalanı qoyub, özünü dağa-daşa vurar..."
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan Elbəyi Həsənli deyib ki, hələ 1870-ci ildə məşhur səyyah Marko Polo Naftalanın müalicəvi əhəmiyyəti haqqında yazıb.
O, Naftalan neftinin Almaniyaya ixrac edilməsini xatırladıb:
"O da faktdır ki, XX əsrin əvvəllərində alman mühəndisləri Naftalan neftini çıxarmaq üçün quyu qazıb və həmin nefti Almaniyaya ixrac edib. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın". Başqa bir faktı da xatırladım: 1989-cu ildə Xorvatiyanın İvaniç Qrad qəsəbəsində Naftalan Xüsusi Tibbi Reabilitasiya Xəstəxanası yaradılıb. Yəni Naftalan Avropada kifayət qədər populyardır. 2006-cı ildə "The New York Times", 2009-cu ildə isə "The Independent" Naftalana xüsusi məqalə həsr edib. O düşüncədəyəm ki, Azərbaycanda kurort salmaq üçün böyük imkanlar var".
E.Həsənli Naftalanın bütün dünyada tanınan yer olduğunu qeyd edib:
"Hazırda Kəlbəcər rayonunda "İstisu" Müalicə-İstirahət Kompleksində 2022-ci ildən başlanan tikinti işləri davam edir. Ora 1927-ci ildən bütün SSRİ-də ən böyük ikinci sanatoriya idi. "İstisu" Müalicə-İstirahət Kompleksində eyni vaxtda 50 min adam istirahət və müalicə oluna bilər. Azərbaycanın dənizkənarı istirahət kurortları həmişə məşhur olub. Xəzərin qumlu sahillərinə can atanlar indi də az deyil. Son illərdə isə ölkəmizdə dağ-xizək kurortlarına ciddi maraq yaranıb. Ümumiyyətlə, Azərbaycanın kurort biznesi üçün böyük təbii imkanları var. Qarabağ, Naxçıvan, Cənub bölgəsinin bu baxımdan böyük imkanlar mövcuddur. Sadəcə, bu işə biznes təfəkkürü ilə yanaşmaq lazımdır. Azərbaycanın iş adamları bu barədə ciddi düşünməlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
XƏBƏR LENTİ
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür





