Hadisə

Lerikdə mikroavtobus dərəyə aşdı - Xəsarət alan var

17 Oktyabr 2024 23:22
Baxış: 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lerik rayon sakini 1965-ci il təvəllüdlü Höccətov Mehman Ağamməd oğlunun idarə etdiyi  "Ford Transit" markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı maşından yerə çırpılan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Höccətovun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.