Hadisə

Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi - FOTO

16 Oktyabr 2024 22:49
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. 

Bu gün axşam saatlarında onu halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz ibrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.