Ölkə

60 yaşdan sonra boşanmalara səbəb nədir? – VİDEO

17 Oktyabr 2024 17:18
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

60  yaşdan sonra boşanan şəxslərin sayı açıqlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə ki, ötən il Azərbaycanda 21 min 688 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.

50-54 yaş aralağında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların boşanma sayı isə 366-dır.

Maraqlıdır ki, bəs yaşlı insanların boşanmasına nə səbəb olur?

Psixoloq Gülər Məmmədova deyir ki, bu yaş qrupunda olan ailələrdə boşanmaya səbəb vaxtı ilə ailədaxili münasibətlərdə yaranmış çatlardır.

Qeyd edək ki, ən çox boşanma sayı 5 ilə qədər  evli qadınlar arasında baş verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.