Dünya

Dəmir Ledi: Putin nələr edə bilər? - Tarixi çıxış - VİDEO

17 Oktyabr 2024 16:28
Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternet resurslarında Britaniyanın keçmiş baş naziri, Dəmir Ledi - Marqaret Tetçerin Rusiya Prezidenti Vladimir Putin haqqında 24 il əvvəl çıxışı yenidən gündəmə gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Tetçer 20 sentyabr 2000-ci ildə həmin ilin avqustunda Rusiya donanmasına məxsus "Kursk" atom sualtı qayığının batması haqda danışıb.

"İndi bizim yeni mister Putinimiz var. Mən mister Putinin fotolarına baxdım və onda insanlıq izləri tapmağa çalışdım. Bir neçə həftə ərzində mən bunu daha yaxşı anladım, çünki nə baş verdiyini siz yaxşı bilirsiniz. Onlarda (Rusiyada - red.) sualtı qayığın batması ilə bağlı dəhşətli faciə baş verdi.

Daxildə partlayış baş vermişdi, ya yox, biz bunu bilmirik. Amma daha sonra baş verənlər çox maraqlı idi. Əgər nə vaxtsa Qərbdə bədbəxt hadisə baş verirsə, ora bütün qüvvələr cəlb olunur. Siyasətçilər təcili toplanır və soruşurlar ki, bizdən hansı kömək tələb olunur. Əgər biz kömək edə bilmiriksə, o zaman başqalarından yardım istəyirik. Onlar verə biləcəyimiz hər şeyi əldə edirlər.

Əsas məsələ sualtı qayıq deyil, içindəki insanların həyatıdır.

Sovet İttifaqının yeni liderinin reaksiyası maraqlıdır. Cəld hərəkət etmədi, digərlərini səfərbər etməyə cəhd göstərmədi. Biz ora bir neçə kiçik sualtı qayığımızı göndərməklə köməyə getməyə hazır idik.

O, insan həyatını qiymətləndirmir. Ona görə də bütün yardım həddən artıq gec çatdı.

Amma cənab Putinin etməli olduğu, lakin etmədiyi üçün bu qədər tənqid olunması məni müəyyən mənada rahatlatdı.

Və bu, bir daha onu göstərir ki, Sovet İttifaqı və Sovet İttifaqı xalqları nələrin edilə biləcəyini, lakin edilmədiyini və hazırda görülməkdə olan işləri çox yaxşı bilirlər", - Tetçer bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.