Siyasət

XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub

17 Oktyabr 2024 19:13
Baxış: 843

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

"Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub", - o vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.