Ermənilər Qarabağda hotellər tikirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.
O bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə verirlər. Bu hotellərdən biri "Avan Shoushi Plaza" hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel, keçmiş "Qarabağ" mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: "Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir".
"Shushi Grand Hotel" isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.
Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir. 21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.
Armen and Christina's B&B: Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar.
İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər.
Şuşi hotelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 - 5 turist qəbul edə bilir.
Ermənistan Hökuməti Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni hotellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.
Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun olaraq ekskursiya xidmətləri mövcuddur.
Ağdərə şəhərinin mərkəzində "Lousastgh" hosteli fəaliyyət göstərir.
Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.
Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Hotelin restoranı və istirahət zonası var.
Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.
F. İsmayılov bildirib: "Hal - hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi: - dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir".
Həmin otellətin bəzilərinin fotolarını təqdim edirik:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu
-
Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - (Video)
-
Bakıda qeyri-adi kənd yumurtası - Bu əlaməti görsəniz, təəccüblənməyin
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)
XƏBƏR LENTİ
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi
-
"İstirahət burnumuzdan gəldi"
-
Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın"
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Albalı tumlarını çıxarmağın ən praktik yolu
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"





