Hadisə

Mağazasının içində kül oldu - VIDEO - FOTO

13 Fevral 2017 16:45
0 Şərh     Baxış: 1 247

Gəncə şəhəri Dədə Qorqud küçəsi 224b ünvanında yerləşən, sahibkar 58 yaşlı Oqtay İsmayılova məxsus ərzaq mağazasında yanğın hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə nəticəsində 21 kv. metr ərazisi olan tikili bütövlükdə yanıb.

Yanğın güclü olduğundan, alov qısa zamanda ərzaq mağazasına bitişik meyvə-tərəvəz satılan obyektə də keçib. 22 kv.metr ərazisi olan obyektin dam örtüyü 5 kv.metr sahədə zərər görüb.

Yanğın səhər saat 6 radələrində baş verib. Mağaza 24 saat fəaliyyət göstərdiyindən hadisə baş verən vaxt satıcı içəridə olub. Yanğın haqqında məlumatı FHN Yanğından Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinə ərazidən keçən bir şəhər sakini xəbər verib.

Dərhal hadisə yerinə FHN Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan əlavə iki briqada da çağırılıb. Nəticədə alov söndürülüb.

Sonradan obyektin içərisinə baxış keçirilən zaman isə oradan mağazanın satıcısı 60 yaşlı Şahin Əliyevin yanmış cəsədi aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Hazırda hüquq-mühafizə orqanları yanğının baş vermə səbəblərini araşdırır.

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə mağaza külə döndü - 60 yaşlı satıcı dünyasını dəyişib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.