Hadisə

Avtobus "Hyundai" ilə toqquşdu: yaralı var - FOTO

9 Fevral 2017 17:43
0 Şərh     Baxış: 5 136
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə sərnişin avtobusu avtomobillə toqquşub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Adıçəkilən küçə ilə hərəkət edən 6 saylı sərnişin mikroavtobusu yolun əks istiqaməti ilə gələn "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza zamanı minik maşınının sürücüsü Vüqar Bayramov yüngül xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər sürücünün vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.