Hadisə

Bakının məşhur ticarət mərkəzində insanlara qənim kəsilən tutuldu

13 Oktyabr 2014 12:16
0 Şərh     Baxış: 2 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində cibgirliklə məşğul olan qadın yaxalanıb

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində "28 Mall" ticarət mərkəzində cibgirliklə məşğul olan Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Vaqif qızı Əzizova saxlanılıb.

Araşdırmalar zamanı Ü. Əzizovanın adıçəkilən ticarət mərkəzində ardıcıl olaraq 7 nəfərə qarşı cibgirlik etdiyi məlum olub.

Hazırda polis saxlanılan qadının digər cinayətlərinin olub-olmamasını araşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.