Ermənistan

Paşinyan Azərbaycanla sərhəddə: "And içirəm ki, bura..."

26 May 2024 15:35
Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistan ərazisinin bir millimetri də Azərbaycana verilməyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuşda sərhədyanı kəndlərin sakinləri ilə görüşündə deyib.

Baş nazir sakinlərə 1976-cı ilin xəritəsini təqdim edib və demarkasiyanın bu əsasda aparıldığını söyləyib: "Bu, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında çəkilmiş sərhədi hüquqi cəhətdən əsaslandıran xəritədir".

Paşinyan sakinlərə bildirib ki, Azərbaycana təhvil verilmiş dörd kənd həmin xəritədə Ermənistan ərazisi olaraq göstərilmir. Yəni Azərbaycana məxsusdur.

"And içirəm ki, Ermənistan ərazisinin bir millimetri belə verilməyib", - ölkə rəhbəri vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.