Hadisə

Bakıda iki "təqaüd" fırıldaq çıxdı

25 Sentyabr 2014 22:43
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları vətəndaşların etibarından öz məqsədləri üçün yararlanan şəxsi həbs edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, saxlanılan Əsgərov Xaqani Dəmir oğlu onları aldadaraq pullarını mənimsəyib. Bu barədə artıq idarənin növbətçi hissəsinə iki şikayət ərizəsi daxil olub və hər biri də Xaqani Əsgərovun pulu onlardan "təqaüd" düzəltmək adı ilə aldığını bildirib. Ancaq sonradan nə "təqaüd" alınıb, nə də verilən pullar geri qayıdıb. Nəticə etibarilə məsələyə Sabunçu Rayon Polis İdarəsinin istintaqçıları qarışıb.

Faktla bağlı artıq Xaqani Əsgərov barəsində Cinayət Məcəlləsinin (dələduzluq) maddəsilə cinayət işi başlanılıb.

İstintaq onun oxşar əməllərilə başqa vətəndaşlara da ziyan vurduğunu istisna etmir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.