Hadisə

Yanğın 4 ailəyə ziyan vurdu

30 İyul 2014 18:38
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda bir gündə üç ailə yanğından zərər çəkib. Hadisə zamanı 100-ə yaxın meyvə ağacı yanaraq kül olub

Şamaxıda baş vermiş yanğın zamanı 3 ailə zərər çəkib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bir evin həyətində başlayan yanğın 3 həyətə keçib. Yanğın zamanı ev sahibləri evdə olmayıb. Bu səbəbdəndə yanğın böyük bir ərazini bürüyüb.
 

Hadisə zamanı yanğın yaxınlıqdakı evlərin pəncərələrinə sıçrayıb. Bir evin hamamı isə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb. Həyətlərdən birində isə 100-dən çox meyvə ağacı yanğın nəticəsində külə dönüb.

Yanğının miqyası o qədər böyük olub ki, alovu şəhərin kənarıdan belə görmək mümkün olub. Yanğının baş veridyi ərazidə küçələrin dar olması səbəbindən yanğınsönürənlər yanğına uzqdan müdaxilə ediblər.

Sakinlərin sözlərinə görə yanğın hadisəsi evlərin yaxınlığındakı məişət tullatılarının töküldüyü ərazidə qeydə aılnıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.