Hadisə

Qızı qaçırdı, günlərlə avtomobildə yaşadılar - Həbs edilən var

3 Sentyabr 2026 17:29
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib.

Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan "Khazar" markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.

Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.

Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.