AFFA 4 klubu cərimələdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edib.
Milli.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, qərarlara əsasən, 4 klub - "Kəpəz", "Qəbələ", "Neftçi" və "Qarabağ" cərimələnib.
"Qəbələ" - "Şamaxı" oyunundan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi komanda 2500 manat xərcə düşüb.
"Kəpəz" - "Turan Tovuz" matçında 6 futbolçunun sarı vərəqə alması səbəbindən Gəncə təmsilçisinə 700 manat cərimə tətbiq olunub. Oyundan sonra meydana kənar şəxsin daxil olması və azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən isə "Kəpəz" müvafiq olaraq 2500 və 3000 manat cərimələnib.
"Zirə" - "Neftçi" oyununda ikinci sarıdan qırmızı vərəqə alan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb və bu, "Neftçi"ni 500 manat ziyana salıb. Klub azarkeşlərinin meydana kənar əşya atmasına görə isə daha 2000 manat ödəyəcək.
"Sumqayıt" "Qarabağ"la oyunda azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat xərcə düşüb. Həmin matçda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Kadi Borqes biri şərti olmaqla 3 matç cəzalandırılıb. Klub isə 3000 manat cərimə ödəyəcək. Şərti cəzanın sınaq müddəti 6 ay müəyyənləşdirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
-
Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi
-
Türkiyədə güclü yağışların ağır nəticələri: 6 nəfər həyatını itirdi
-
Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Sindi Kroufordun vəfat edən oğlu ilə bağlı ilk paylaşımı - (Foto)
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
-
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
-
Anar Bayramov səhiyyə naziri təyin edildi
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
-
Maqsud Babayev vəfat etdi
-
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək öldü
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)
-
Zeytun Festivalının konsert proqramı açıqlanıb





