Hadisə

Cərimədən yayınmaq üçün bu üsula əl atdı - Cəzalandırıldı - (Video)

24 Avqust 2026 11:36
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünən "Toyota Prado" markalı, 90-ZC-151 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün cəriməyə düşməmək üçün avtobusun arxasında hərəkət etməsini əks etdirən görüntülər paylaşmışdıq.

Milli.Az xəbər verir ki, kadrlardan sürücünün yol hərəkəti qaydalarını pozaraq avtobusun arxasında yaxın məsafədə hərəkət etdiyi və bununla da yol kameralarının nəzarətindən yayınmağa çalışdığı görünür.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

İdarənin polis kapitanı Rüstəm Əhmədli Patrul.az-a bildirib ki, görüntülərdə əks olunan avtomobilin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.

Beləliklə, cərimədən yayınmaq məqsədilə avtobusun arxasında hərəkət edən sürücünün bu üsulu nəticəsiz qalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.