Hadisə

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini dayandırdı

23 İyul 2026 17:32
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri neft nəqlini müvəqqəti dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan mediası konsorsiumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bununla yanaşı, qeyd edilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun obyektləri normal hazırlıq rejimindədir.

Xəzər Boru Kəməri Konsorsiumu terminalından neftin aşırılması ötən həftənin sonunda, tankerlər PUA hücumuna məruz qaldığı vaxt dayandırılmışdı.

Qazaxıstanın ixrac etdiyi neftin 80 %-i Xəzər Boru Kəməri Konsorsiumu boru kəməri vasitəsilə nəql olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.