Hadisə

Tovuzda EV YANDI: yaralananlar var

11 İyul 2026 04:04
Baxış: 98
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.