Məhkəmə AZTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nizami Alışanın vəkilləri tərəfindən verilən şikayət təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Alişan 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı
-
Müğənni Devid Kleyton-Tomas 85 yaşında vəfat edib
-
Məhkəmə AZTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
XƏBƏR LENTİ
-
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı
-
“Səbail” heyətini sabiq futbolçusu ilə gücləndirdi
-
Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?
-
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
-
Müğənni Devid Kleyton-Tomas 85 yaşında vəfat edib
-
Bakıda imtahan balı ailəni bir-birinə qatdı
-
Məhkəmə AZTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verib
-
“Yaprak Dökümü”nün ulduzları yeni filmdə bir araya gəlir
-
“Volkswagen” 100 min nəfəri işdən çıxarmağa hazırlaşır
-
Azərbaycanda güclü külək gözlənilir - Xəbərdarlıq verildi
-
Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb
-
Sabah Bakıda arabir yağış və güclü külək olacaq - Proqnoz
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb
-
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik edib - (Foto)
-
Mats Qrotenbreq 28 yaşında həyatını itirdi
-
ABŞ-də yol kameraları Bluetooth cihazlarını da tanıya biləcək
-
Dünya çempionatında Niderland 3:1 hesabı ilə qalib gəlib
-
DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
-
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb





