Bakıdakı bu küçə tam dəyişir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.
Milli.Az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır.
Aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətiniçətinləşdirir.
Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın vəpiyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.
İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.
Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədiləNəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Layihə çərçivəsində metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.
Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.
Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə formalaşdırılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Onu 10:0 məğlub edəcəyəm”
-
Rəqəmsal dövlət sistemi genişlənir - Yeni statistika açıqlandı
-
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
-
Bu həftə ardıcıl 3 gün iş OLMAYACAQ
-
Ruslan Quliyev vəfat etdi
-
İran XİN-in binasında güclü partlayış oldu
-
Ayın 9-da yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
ADY-dən sərnişinlərə sürpriz - Yeni reyslər açıldı
-
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
-
Qəza riskini artıran ən yayğın sürücü səhvi - DİN AÇIQLADI
-
Bu oyunlara ayda 40-70 manat xərclənir
-
Canlı yayımda mikrofonu yerə atıb studiyanı tərk etdi - VİDEO
-
Bakıdakı bu küçə tam dəyişir - FOTO
-
Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu
-
Paytaxtda ata və oğul dəm qazından boğuldu
-
Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq
-
Bakıda 2 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı - Sağ qaldı
-
Ölkədə hər 10 uşaqdan 9-u smartfon istifadə edir
-
Dünya ulduzu makiyajsız halını PAYLAŞDI - FOTOlar
-
“Şuşa Bəyannaməsi” son 5 ildə nələri dəyişdi?
-
42 yaşlı qadını "tok" vuraraq öldürdü
-
Paşinyan qalib gələn kimi Azərbaycan və Türkiyəyə çağırış etdi
-
Mədədən çıxarılan yad cisimlər MÜZAKİRƏ YARATDI - VİDEO
-
Tehran aeroportlarında bütün uçuşlar ləğv edildi





