“Şuşa Bəyannaməsi” son 5 ildə nələri dəyişdi?
Bir həftə sonra "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının 5 ili tamam olacaq.
Milli.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
"Şuşa Bəyannaməsi" son 5 ildə nələri dəyişdi?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Bəyannamənin imzalanması bütün sahələrdə strateji əməkdaşlığı daha da dərinləşdirdi.
Onun sözlərinə görə, Bəyannamə imzalanmışdan əvvəlki ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar idisə, bu göstərici ötən il 5 milyard 720 milyon dollaradək yüksəlib:
"Bu Bəyannamə imzalanandan sonra ölkələr arasındakı ticarət dövriyyəsinin 28 faiz artması deməkdir. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır".
Deputat qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir:
"Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır".
V.Bayramov nəzərə çatdırıb ki, iqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir:
"İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.
"Şuşa Bəyannaməsinin" nəticləri təbii ki, yalnız iqtisadi əlaqələrin dərinləşməsi ilə məhdudlaşmır. Bu iki ölkə arasında bütün sahələrdə sarsılmaz müttəfiqlik münasibətləri deməkdir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
XƏBƏR LENTİ
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi





