Bakıda MTK binasında yanğın təhlükəsizliyi üzrə yoxlama aparılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən "Şəlalə" MTK-ya məxsus çoxmərmərtəbəli yaşayış binasında təlimi keçirilib.
Bu barədə Milli.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına, həmçinin yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, mövcud olan daxili yanğın kranlarının tam komplektləşdirilmədiyi, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi də müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aeroport yolunda yük maşını yanır - ANBAAN VİDEO
-
Bakıda MTK binasında yanğın təhlükəsizliyi üzrə yoxlama aparılıb
-
Gəncədə yaşayış binasında yanğın olub - FOTO
-
Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
XƏBƏR LENTİ
-
Kəmalədən sonra Samirə səhnədə çətin anlar yaşadı: "Burama pul qoyma" - VİDEO
-
Akif İslamzadədən xəbər VAR
-
Rayonlara taksi ilə getmək istəyənlərin NƏZƏRİNƏ
-
BDU-nun tələbəsi vəfat ETDİ
-
"Southampton", yoxsa Acunun "Hull City"isi, kim daha ŞANSLIDIR?
-
Evdə varsa ATMAYIN: Yüksək qiymətə ALINIR
-
Bakıda avtobuslarda YENİLİK: Bu şəxslərə gediş-gəliş pulsuz OLACAQ
-
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb
-
Aeroport yolunda yük maşını yanır - ANBAAN VİDEO
-
Dəniz mənzərəli ev alanlara VACİB XƏBƏR
-
Tanınmış azərbaycanlı aktrisanın toyu oldu - İlk dəfə birgə FOTOları
-
Atalay Demirci saxlanıldı - FOTO
-
Şəhid Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi - FOTO
-
Prezident İlham Əliyevin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə KİMDİR? - DOSYE
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
-
Epşteynin qurbanı danışdı: "Bir dəfə məni otağa çağırdı..."
-
Külək güclənib, bəzi rayonlarda 21 m/s-dək çatıb - FAKTİKİ HAVA
-
Bakıda MTK binasında yanğın təhlükəsizliyi üzrə yoxlama aparılıb
-
Çində tarixi görüş başa çatdı
-
Türkiyə Kubokunda finalın adı məlumdur
-
Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfər edib - FOTO
-
49 yaşlı Əməkdar artist geyimi ilə müzakirə yaratdı - VİDEO
-
Sahibə Qafarova Özbəkistana getdi





