Hadisə

Sumqayıtda maşın qazıntı sahəsinə düşdü - VİDEO

28 Fevral 2026 19:36
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda qazıntı işləri aparılan əraziyə nəqliyyat vasitəsi düşüb.

Milli.Az Sumqayit24.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində qaz kəmərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri zamanı əraziyə təhlükəsizlik nişanları qoyulmasına baxmayaraq, "Mercedes" markalı minik avtomobili qazılmış sahəyə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Əraziyə müvafiq qurumun əməkdaşları və texnika cəlb olunub. Avtomobil sözügedən yerdən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.