İran ordusu ABŞ və İsrailin genişmiqyaslı hücumlarına cavab olaraq "Seccil" adlı ballistik raketlərdən istifadə etməyə başladığını elan edib. Adını İslam tarixindəki "Fil hadisəsi"ndən alan bu raketlər yüksək dağıdıcı gücü ilə seçilir.
Milli.Az xəbər verir ki, raket 650 kiloqram ağırlığında döyüş başlığı daşımaq gücünə malikdir. Bu, orta mənzilli raketlər üçün olduqca ciddi bir rəqəmdir.
Bərk yanacaq texnologiyası ilə işləyən "Seccil" maye yanacaqlı raketlərdən fərqli olaraq çox daha sürətlə atəşə hazır vəziyyətə gətirilir və hədəfə saniyələr içində reaksiya verir.
"Seccil" sözü "bişmiş palçıq" mənasına gəlir. Bu, Kəbəni dağıtmağa gələn Əbrəhə ordusunun Əbabil quşlarının atdığı daşlarla məğlub edilməsinə bir işarədir.
Lalə Qüdrətova
Milli.Az





