İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ və İsrailin İranın Hörmüzqan əyalətində yerləşən ibtidai qızlar məktəbinə endirdiyi zərbə nəticəsində həyatını itirən şagirdlərin sayı 150-yə çatıb. İran prezidenti Məsud Pezeşkian hadisəni "barbarlıq" və "tarixin qara səhifəsi" adlandırıb.
Milli.Az xəbər verir ki, İranın cənubunda, Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən "Şəcərətüt-Tayyibə Qız İbtidai Məktəbi" ABŞ və İsrailin birgə hava hücumlarının hədəfi olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi rəsmən təsdiqləyib ki, dağıntılar altından çıxarılan cəsədlərlə birlikdə ölənlərin sayı 150-yə yüksəlib.
İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edərək hücumu şiddətlə qınayıb:
"Amerikalı və sionist təcavüzkarların mülki mərkəzlərə qarşı alçaqca hücumu nəticəsində onlarla günahsız şagirdin şəhid edilməsi bütün İran xalqının və azad insanların qəlbində dərin yaralar açmışdır. Bu barbarlıq aktı təcavüzkarların bu torpaqlara qarşı işlədiyi sayısız cinayətlərin qeydlərində daha bir qara səhifədir və millətimizin tarixi yaddaşından əsla silinməyəcək."
Müzakirə prosesinin davam etdiyi bir vaxtda, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb:
Hədəf alınan şəhərlər: Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Buşəhr, Kirmanşah və İlam.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı "böyük bir əməliyyat" başlatdıqlarını elan edib.
İsrail Müdafiə Nazirliyi hücumu "qabaqlayıcı zərbə" kimi qiymətləndirib. Ölkə boyu fövqəladə vəziyyət elan edilib, hava məkanı bağlanıb.
İran ordusu hücumlara cavab olaraq İsrailə qarşı onlarla ballistik raket və kamikadze dronlarla (PUA) əks-hücuma keçdiyini bildirib.
İran həmçinin Bəhreyn, BƏƏ, Küveyt, Qətər və İordaniyadakı ABŞ hərbi bazalarını hədəf alıb.
Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Donanmasının bazasının vurulduğu qeyd edilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Moskvada güclü partlayış - General öldü - VİDEO
-
Hamının 2 manata aldığı kart 3 manat OLDU
-
İsrail və İran hücumları bir həftəlik dayandırıblar - Tramp
-
Valideynlər: “Karusellər ya sınıq, ya da bahadır”
-
İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər
-
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
-
Manat QALXDI - Qonşu ölkədə
-
Gözəllik müsabiqəsində QALMAQAL: Qalibin tacını qəsdən dəfələrlə yerə saldı - VİDEO
-
Yolda təhlükəli davranış sərgiləyən həmin qadın nəzarətə götürüldü
-
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə İMİŞ
-
Tramp eyni sözü 37 dəfə təkrarladı
-
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
-
"Aygün Kazımova ilə öpüşmüşəm, sənin öpüşünü NƏ EDİRƏM?” - VİDEO
-
O da dünya çempionatını buraxacaq
-
Polisdən hərəkətdə olan maşının üstünə uzanan qadınla bağlı AÇIQLAMA - Yenilənib - VİDEO
-
Qalmaqal yaşayan Şəbnəmlə Vəfa eyni TOYDA: Əl hərəkəti diqqət çəkdi - VİDEO
-
HƏMAS-a ağır zərbə iddiası - Bölgədə nə baş verir?
-
Paytaxt məktəblərində böyük statistika: 530 min şagird təhsil alır
-
İcra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində QƏRAR
-
Ölkədə hava DƏYİŞİR: Bir yerdə leysan, bir yerdə günəş - PROQNOZ
-
Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
-
Qadağan olunmuş dövlət torpaqları dəyişdirilmədən çıxarılır
-
Dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb
-
Bazarda yoxlama - Nöqsanlar üzə çıxdı





