Hadisə

Azərbaycanda kinostudiyada 15 nəfər işdən ÇIXARILDI

10 Fevral 2026 13:09
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində həyata keçirilir: "Bu proses zamanı real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb".

Məlumatda qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib.

"Eyni zamanda, kinostudiyanın inkişafına dair qısa və orta müddətli fəaliyyət planları mövcuddur və bu planlar mərhələli şəkildə icra olunur", - məlumatda qeyd edilib./Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.