Lombardda dava: Filial müdiri müştəri ilə əlbəyaxa oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sizin Lombard"ın Sumqayıt şəhər filialının müdiri xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Milli.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1989-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Aslan Paşa barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Kahin Bəkirov adlı şəxs "Sizin Lombard"a daxil olaraq şirkətin fəaliyyətindən narazı qaldığını bildirib və lombardın Sumqayıt şəhər filialının müdirinə etiraz edib. Filial müdiri isə ona faizi ödəsin deyə zəng edildiyini bildirib.
Bundan sonra tərəflər aralarında mübahisə yaranıb. "Sizin Lombard"ın Sumqayıt şəhər filialının kənarında mübahisə davaya çevirilib. Bu zaman Aslan Kahin Bəkirova qarşılıq verməyə başlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Filialın müdiri saxlanılsa da, hadisənin digər iştirakçısı Kahin Bəkirov taksiyə minərək hadisə yerini tərk edib.
Məhkəmədə məlum olub ki, obyektlərin girişində mühafizə polisi tərəfindən ictimai qaydanın pozulması hallarına qarşı düymə qoyulub və filial müdiri həmin düymədən istifadə etməyib.
Aslan Paşa ifadəsində deyib ki, Kahin Bəkirovu nalayiq ifadə işlətdiyi və özünü qorumaq üçün itələyib. Hadisədən sonra saxlanıldığı polis bölməsində 5-6 saat qalıb. Məhkəmədən himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Aslan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toyda gəlinin başına İŞ GƏLDİ, görün vəziyyətdən necə çıxdı... - VİDEO
-
İdman zalında şok GÖRÜNTÜ: Buna görə it yeməyi YEYİR - VİDEO
-
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
-
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
-
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
-
2026-cı ildə bu məşhurların qapısında TOY ÇALINDI - FOTOlar
-
Öncə qəhvə için, sonra toxunun: Baxın necə təsir edirmiş
-
Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var
-
Günün qoroskopu: Gözlənilməz xərclər, unudulmuş borclar üzə çıxa bilər
-
Zelenski rus dili ilə bağlı qanun imzaladı
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
"Sabah"-ın yeni transferi
-
İdman ayaqqabılarının arxasındakı halqa bunun üçün imiş
-
Perez yeni transfer üçün 70 milyon ödəməyə hazırdır
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
Kanada Bosniya və Herseqovinaya qarşı - Start heyətlər
-
Razı salınması ən çətin olan 5 bürc
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Azərbaycan–Slovakiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Acun Ərdoğana hədiyyə verdi - FOTO





