Hadisə

İranlı narkotacirin Bakıdakı kuryerindən 14 kiloqram marixuana aşkarlandı

8 Yanvar 2026 09:52
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Mili.Az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.

Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan "İbo" adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.