Hadisə

Bayram günü ağır QƏZA: yaralananlar var

31 Dekabr 2025 12:37
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.