Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək. /APA
Milli.Az