Hadisə

Bacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı - FOTO

20 Sentyabr 2025 10:08
Baxış: 391
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar -  2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.