İqtisadiyyat

Balıq BAHALAŞDI

20 Sentyabr 2025 09:58
Baxış: 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son illərlə müqayisədə balıq məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, əvvəllər 1 kiloqram balıq təxminən 7-8 manata təklif olunurdusa, indi bu rəqəm 14-15 manata qədər yüksəlib. Satıcıların sözlərinə görə, qiymətlər balığın növü, çəkisi, hansı regiondan gətirilməsi və yaşadığı mühitdən asılı olaraq dəyişir.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda qiymətlərin süni şəkildə artmasının qarşısını almaq məqsədilə yarmarkalar təşkil edir. Alıcıların fikrincə, bu yarmarkalarda qiymətlər nisbətən daha münasib olur.

Hazırda satışda həm yerli, həm də xaricdən gətirilmiş balıq növlərinə rast gəlinir. Qiymətlər 4 manatdan başlayaraq mövsümə görə ən baha balıq 15 manatadək dəyişir.

Satıcılar qeyd edirlər ki, artıq balıq yarmarkaları başa çatdığından insanlar bazarlarda mövcud olan məhsulları real qiymətlərlə almağa məcbur qalır. Bu isə bəzi alıcıların büdcəsinə uyğun gəlmir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.