Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq etdikləri cərimə faizləri bir-birindən fərqlənir.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bir çox hallarda gecikmənin müddətindən asılı olaraq tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır.
Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər? Qanunvericilik bu barədə nə deyir?
Mülki Məcəlləyə görə, kredit müqaviləsi əsasında borcverən pulu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pulu müqavilədə müəyyən edilmiş müddətə faizlərin və digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürməlidir.
Qanunvericiliyə əsasən, borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır.
Aşağıdakı hallar borclunun öhdəliyini gecikdirməsi sayılır:
- Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
- İcra müddəti çatanadək borcverənin etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Əgər borclu müddəti çatdıqdan sonra borcverənin xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə ödənişin icrasına dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
Lakin öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmçinin borclu ödəməni gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.
Ödənişin gecikdirilməsinə gəlincə, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), ödənişlərin gecikdirilməsinə görə faizlər müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə həmin dövr üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Bu da o deməkdir ki, gecikən borc üçün bu həddə cərimə faizi əlavə oluna bilər.
Ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
İstehlak krediti üzrə gecikməyə görə faizlər isə müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə 5 faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Yəni bank krediti illik 15 faizlə veribsə, gecikməyə görə bu faiz 20 faizə qədər artırıla bilər. Bu halda əlavə cərimə, komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
Gecikdirilmə faizlərinin hesablanması 180 gündən, yəni 6 aydan çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın 2025-ci ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
XƏBƏR LENTİ
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov





