Hadisə

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

19 Sentyabr 2025 09:32
Baxış: 800
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub.

Onların hər ikisi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.