Ölkə

Qaydaları pozan piyadalar cərimələnir - VİDEO

20 Sentyabr 2025 11:15
Baxış: 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş Dövlət Yol Polisi İdarəsi piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirlərini davam etdirir.

İdarədən Milli.Az-a bildirilib ki, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaradır.

Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.

Bütün bunlar nəzərə alınaraq Baş DYP İdarəsi tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.

Baş DYP İdarəsi bir daha xatırladır ki, yol hərəkəti qaydalarının pozulması nəinki qanunvericiliklə məsuliyyət yaradır, həm də insanların həyatını təhlükə altına qoyur. Hər bir hərəkət iştirakçısından tələb olunur ki, yollarda intizamlı olsun və qaydalara ciddi riayət etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.