Hadisə

Həmin şəxslərin sağ qalma ehtimalları daha yüksəkdir - Ekspert AÇIQLADI

26 Dekabr 2024 10:25
Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aviasiya sahəsində ekspert Eduard Xəlilov təyyarə qəzalarında sərnişinlərin sağ qalma ehtimalları barədə danışıb.

Milli.Az xəbər verir ki, ekspertin sözlərinə görə, dünya statistikasına əsasən, təyyarənin quyruq hissəsində oturan sərnişinlərin sağ qalma şansı daha yüksəkdir.

"Bütün dünya üzrə aviaqəzaları analiz etdikdə, ən təhlükəsiz yerlərin məhz quyruq hissəsində olduğu məlum olur. Əlbəttə, bəzi hallarda buradakı sərnişinlərin də həlak olması mümkündür. Amma sərt zərbələr zamanı quyruq hissəsi qırıldığından, burada olan sərnişinlər üçün sağ qalmaq ehtimalı artır. Təyyarənin ön hissəsi isə əksər hallarda yerə çırpıldığı və ya obyektlərə dəyərək parçalandığı üçün daha təhlükəlidir," - deyə, o bildirib.

Ekspert xüsusilə Qazaxıstanda baş verən "Embraer 190" təyyarə qəzasını nümunə kimi göstərib. O qeyd edib ki, bu hadisə quyruq hissəsində oturan sərnişinlərin sağ qalma ehtimalını təsdiqləyir:

"Qəzada təyyarənin quyruq hissəsi qırılmış və orada oturan sərnişinlərdən bəziləri sağ qalmışdı. Belə hallarda sağ qalmaq nadir olsa da, bu, statistik həqiqəti bir daha təsdiqləyir. Lakin hər bir zərbə fərqlidir və çox vaxt insanlar ağır yaralar alır, bu da həyati təhlükə yaradır. İstənilən halda bu qəzada çox sayda insanın sağ qalması əsl möcüzədir".

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qroznıda duman səbəbindən təyyarə eniş edə bilmədiyi üçün əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib. Təyyarədə 67 nəfər olub, qəza nəticəsində 29 nəfər sağ qalıb. /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.