“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür.
Valideyn bizə göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir: "Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da hadisə baş verib. Qızımın ölümü planlaşdırılmış cinayətdir".
Z.Nəbiyev bu işin istintaqından narazıdır. O, işə düzgün baxılmadığını, sübut olaraq düşünüb təqdim etdiyi materiallara önəm verilmədiyini deyir: "Qızımın azyaşlı övladının uydurma izahatı və hadisəni gördüyünü iddia edən taksi sürücüsünün ifadəsi əsasında cinayəti bağlamaq istəyirlər. Biz bunu qəbul etmirik. Qızımın qəsdən öldürülməsi məsələsinə baxılmalıdır. Məsul şəxslərdən bu məsələdə bizə kömək etmələrini xahiş edirik".
Mərhum Vüsalənin atasının ittihamları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək".
Xatırladaq ki, hadisə bu ilin iyulunda Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü





