Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisənin REAL VİDEOSUNU yaydı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:57
Autizmli uşağın döyüldüyü iddia edilən mərkəz hadisənin real görüntülərini yayıb.
Milli.Az xəbər verir ki, mərkəzdən Lent.az-a bildirilib ki, bu görüntülər realdır və burada sürətləndirmə yoxdur:
----------
15:49
Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə Lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum verib.
O bildirib ki, övladı autizmdən əziyyət çəkir:
"Qızım 9 aydı Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət vermişəm".
Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:
"Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu təzədən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".
Lent.az Xəqani Psixoloji Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsa da zənglərə cavab verən olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.
Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib





